Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbiristanlıqda polis meyiti tapıldı

Qəbiristanlıqda polis meyiti tapıldı

Tarix: 14 Aprel 2022 18:44

Rusiyanın Sverdlovsk vilayətində qəbiristanlıqdan polis meyiti tapılıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, vilayətin Nijni Tagil şəhərindəki  qəbiristanlığın yaxınlığında bədənində güllə yarası olan polis meyiti aşkarlanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.

Digər bir mənbənin bildirdiyinə görə, polis zabiti intihar edib.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi Aleksandr Şulqa isə müstəntiqlərin hadisə yerinə baxış keçirdiyini və polisin cəsədinin ekspertizaya göndərildiyini bildirib.

Milli.Az


Etiketlər:  Qəbiristanlıqda polis meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ