Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlük Ukrayna üçün 45 milyon dollar topladı

Məşhur cütlük Ukrayna üçün 45 milyon dollar topladı

Tarix: 14 Aprel 2022 20:14

Hollivud ulduzları Mila Kunis və həyat yoldaşı Eşton Katçerin Ukraynaya yardımları davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən ayın sonlarında ianə kampaniyasına start verən cütlük artıq Ukraynaya üçün 45 milyon dollar toplayıb. Onların səyləri nəticəsində bir neçə milyonçu, logistika şirkəti və "Airbnb" mənzil kirayəsi şirkəti də xeyriyyə aksiyasına qoşulub.

Kampaniya başlayarkən 3 milyon dollar pul bağışlayan məşhurlar Ukrayna ordusuna 20 min zirehli geyim də göndərib.

Qeyd edək ki, Mila Kunis Ukraynada anadan olub.

Milli.Az


Etiketlər:  Məşhur cütlük Ukrayna üçün milyon dollar topladı


RƏYLƏR