Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərar qəbul edilibsə, deməli, onun içində nəsə var'' - Teymur Rəcəbov

''Qərar qəbul edilibsə, deməli, onun içində nəsə var'' - Teymur Rəcəbov

Tarix: 14 Aprel 2022 22:00

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiya Şahmat Federasiyasının Asiya Şahmat Federasiyasına üzv olmaq qərarını şərh edib.

O, "Championat" nəşrinə açıqlamasında bunu maraqlı addım adlandırıb.

35 yaşlı şahmatçı bu qərarın hansı məqsədi daşıdığını başa düşmədiyini söyləyib: "Amma qərar qəbul edilibsə, deməli, onun içində nəsə var. Hər kəsə uğurlar arzulayıram. Ən əsası odur ki, hər şey hamı üçün yaxşı olsun".

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bu ilin fevralında Rusiya və Belarus milli komandalarını öz bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırıb. İki ölkə təmsilçiləri fərdi turnirlərdə isə FIDE bayrağı altında çıxış edə bilərlər. Həmçinin 26 iyul - 8 avqustda keçirilməsi planlaşdırılan Şahmat Olimpiadasına ev sahibliyi Rusiyadan alınıb.


Etiketlər:  Qərar qəbul edilibsə deməli onun içində nəsə Teymur Rəcəbov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ