Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 09:24
Ukraynanın Avropa Birliyinə (AB) üzvlük məsələsini qiymətləndirərkən, Avrokomissiya bu ölkənin iki əsas kriteriyaya cavab verib-vermədiyini müəyyən edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri AB-nin Ukraynadakı səfiri Matti Maasikas deyib.
"Avropa Komissiyası üzv dövlətlərin tələbi ilə öz rəyinin təhlili üzərində işə başlayıb. Bu iş Ukraynanın AB üzvlüyünün iki əsas meyarına cavab verib-verməməsinə yönəlib: funksiyada olan demokratiya və işləyən bazar iqtisadiyyatı", - o deyib.
Diplomatın sözlərinə görə, Avropa Komissiyası qiymətləndirməni iyun ayına qədər başa çatdırmaq niyyətindədir.