Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 01:03
Aşağıdakı qaydada gənəcərçək yağından istifadə etsəniz faydasını görəcəksiniz
Dabandakı çatlar
Gənəcərçək yağı ayağın alt hissəsinə sürtülür, polietilen paketlə sarınır və sıx pambıq corab geyilir. Bu yaxma bütün gecə boyu ayaqda saxlanılır, səhər isti su ilə ayaqlar yuyulur. Dabanlarınızda olan quruluq və çatlardan ilk dəfədə xilas ola bilməsəniz bu zaman yaxmanı bir-neçə dəfə təkrarlayın.
Əllərdəki sərtliklər
Əllərinizə krem yox, davamlı olaraq gənəcərçək yağı sürtün. Axşam yatmazdan əvvəl əllərinizə gənəcərçək yağı sürtüb əlcək geyinib yatsanız səhər əllərinizin uşaq əli kimi yumuşaq olduğunun şahidi olacaqsınız. Gənəcərçək yağı həm də əllərinizə antimikrob təsir bağışlayacaq və dəri xəstəliklərinizi müalicə edəcək.
Papillomalar
Dərinizdə olan papillomlardan xilas olmaq istəyirsinizsə o zaman gündə bir-neçə dəfə gənəcərçək yağı sürtün və üstünü plastırla örtün.
Saçlar, qaşlar və kipriklər
Güclü saçlara sahib olmaq üçün saç dərisinin sağlam olması vacib şərtdir. Sağlan saç dərisinə sahib olmaq üçün isə tük bitən dəri nahiyəsinə qulluq etmək lazımdır. Gənəcərçək yağı saç dərisinə ən yaxşı qulluq vasitəsidir. Gənəcərçək yağını tük diblərinə sürtmək dərini və tük köklərini qidalandırır, tük soğanaqlarını sağamlaşdırır. Bu da sağlam və gur saçların əmələ gəlməsinə səbəb olur. Davamlı olaraq saç diblərinə və saçlara gənəcərçək yağı sürtmək isə saçlarda aşağıdakı möcüzələri yaradır:
*quruluğu aradan qardırır
* parlaqlıq verir
* saçların ucunda baş verən haçalanmanın qarşısını alır
Saçların ucunda olan haçalanmanın qarşısını almaq üçün gənəcərçək yağı saçın dibi daxil olmaqla uclarına da sürtülür və polietilen paketlə bükülür. Maska saçlarda ən azı 2-3 saat saxlanılır. Yağın saç uclarında gecə boyu qalması isə maskanın təsirini daha da artırır.
Gənəcərçək yağını kipriklərin və qaşların dibinı sürtdükdə isə tüklərin əmələ gəlməsi sürətlənir və uzanır.
Gənəcərçək yağının ən pis xüsusiyyəti onun saçlardan çətin yuyulmasıdır. Əgər yumaqda çətinlik çəksəniz o zaman gənəcərçək yağına zeytun, küncüt və ya palıd qozası yağı (kedra) əlavə edə bilərsiniz.