Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 20:44
"Rusiya ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ukrayna Pezidenti Volodmir Zelenski deyib.
Onun sözlərinə görə, rəsmi Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi:
"Lakin hamı özünü Rusiya ilə masa arxasında tam görmür. Ukrayna üçün təhlükəsizlik təminatları bir məsələdir, Rusiya ilə razılaşmalar isə başqa məsələdir".
Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur.