Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya vətəndaşlarına xarici hesablara limitsiz rublla pul köçürməyə icazə verilib

Rusiya vətəndaşlarına xarici hesablara limitsiz rublla pul köçürməyə icazə verilib

Tarix: 16 Aprel 2022 20:46

Rusiya Bankı (Mərkəzi Bank) yerli rezidentlər üçün xarici banklardakı hesablara rublla pul köçürməklə bağlı məhdudiyyətlərin ləğv olunduğunu bəyan edib.

Məlumata görə, ölkə vətəndaşları rublda olan vəsaitlərini xarici valyutaya konvertasiya edərək xarici banklardakı hesablarına və yaxud başqasının başqasının xarici hesabına köçürə bilər.

Xatırladaq ki, martın əvvəlində Rusiya Bankı maliyyə sabitliyini təmin etmək üçün fiziki şəxslərin ay ərzində xaricə bank köçürmələrinin məbləğini 5 min ABŞ dolları ilə məhdudlaşdırmış, sonradan isə limiti 10 min dollara qaldırmışdı.


Etiketlər:  Rusiya vətəndaşlarına xarici hesablara limitsiz rublla köçürməyə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ