Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şmıxal Vaşinqtona səfər edəcək

Şmıxal Vaşinqtona səfər edəcək

Tarix: 17 Aprel 2022 19:22

Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün gələn həftə Amerika paytaxtına səfər edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri ABC televiziyasına müsahibəsində səfərini təsdiqləyib.

Baş nazirdən beynəlxalq ictimaiyyətdən iqtisadi yardım istəmək üçün gələn həftə sessiyada iştirak edib-etməyəcəyi soruşulub. Şmixal cavab verib ki, bizim maliyyə qrupumuz gələn həftə Vaşinqtonda Dünya Bankının, BVF-nin, ABŞ Xəzinədarlığının bütün mütəxəssisləri və rəhbərləri ilə işləyəcək:

"Biz hamımız ölkəmizə maliyyə dəstəyi ilə bağlı danışıqlar aparıb məsləhətləşəcəyik".

O vurğulayıb ki, Ukraynaya humanitar və sosial öhdəliklərini yerinə yetirməsi üçün daha çox pul lazımdır:

"İndi iqtisadiyyatımızın yalnız yarısı işləyir, ona görə də biz maliyyə dəstəyi istəyirik". Onun sözlərinə görə, ölkənin hərbi əməliyyatlarla bağlı büdcə kəsiri "hər ay üçün təxminən 5 milyard dollar təşkil edir".


Etiketlər:  Şmıxal Vaşinqtona səfər edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ