Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay mövsümü gəlir: Bakıda fantastik qiymətə kirayə bağ evləri var - VİDEO

Yay mövsümü gəlir: Bakıda fantastik qiymətə kirayə bağ evləri var - VİDEO

Tarix: 18 Aprel 2022 13:14

Bağ mövsümünün başlamasına az qalmış artıq indidən kirayə üçün müraciət edənlər var. Bəs gəlin görək hada çox hansı ərazidə yerləşən bağ evlərinə maraq böyükdür və qiymətlər necədir ? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hovuzlu bağ evlərinin kirayəsinə maraq artıb. Bağ mövsümünün başlamasına az qalmış artıq indidən kirayə üçün müraciət edənlərin sayı çoxalıb.

Rieltorların sözlərinə görə hazırda müraciətlərin çox olmasının başlıca səbəbi mövsüm qabağı qiymətlərin nisbətən ucuz olmaısıdır. Əmlakçılar bildirir ki, bağ evlərinin rəsmi mövsümü aprel ayının sonu, may ayının əvvəlində başlasa da amma qiymət artımının daha çox iyun ayında artması ehtimal edilir.

Maraq isə daha çox həyəti böyük və ən əsası içərisində hovuz olan evlərədir. Belə evlərin qiyməti də digərlərinə nisbətdə daha bahadır

Əmlakçılar bildirir ki, qiymətlərin ucuz və bahalılığına təsir edən digər amil isə bağ evinin yerləşdiyi ərazi, şəraiti və evin böyük və kiçikliyidir.

Rieltorar bildirir ki, bağ evlərinin qiymətinin artmasına daha çox təsir edəcək amil rusiya ukrayna müharibəsinə görə rusların avropaya çıxışına məhdudiyyətlərin qoyulması olacaq. Ölkəmizə daha çox rus turistlərin gəlişi bağ evlərinə təlabatı artıracaq  ki, buda qiymətlərdən yan keçməyəcək.

Milli.Az


Etiketlər:  mövsümü gəlir Bakıda fantastik qiymətə kirayə bağ evləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ