Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 19:15
"Əvvəla, reytinq məsələsi ortaya cıxandan televiziyalar hər şeyə əl atdılar ki, reytinq cədvəlində rəqəmlər dəyişsin. Ciddi rəqabət və pul uğrunda cavaş başladı. Baxıb gördülər ki, kiminsə evinin içinə girəndə, yataq otağından xəbər verəndə, ailə içinə müdaxilədə rəqəmlər dəyişdi və pul axdı"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağsəfqızı deyib. O, efirlərimizə ailə-məişət problemlərinin ayaq açmasının səbəblərini belə izah edib:
"Ağlaşma, ürəkgetmə, saçyoldu "priyom"ları belə yarandı. Reytinq rəqəmi dəyişdikcə bu üsullar daha da pöhrələndi və insanlar da baxdılar ki, televiziyada rahat gedib dərdini danışa bilirlər. Artıq ailəsini biabır edən kim, qızını, ərini qonşunun evində, nə bilim orda-burda axtaran kim və sair. Televiziyaya da nə lazımdır şou, hazır fürsət, əla gəlir yeri. Arada kömək də edir də. Əməlliyat, nə bilim pul yığmaq və sair. Beləcə kökündən silkələndi hər şey. İndi də düzəldə bilmirik. Hamı giley edir, çifayda.
Televiziyalar həm də biznesdir. Məhsul satır, alıcı alırsa, hələ ki, o məhsulu satacaq. Biz alıcıya artıq yeni nəsə təqdim etməliyik ki, beləsi də var. Amma baxıram heç kimin həvəsi yoxdu yeniliyə. Dəyirman öz cax-caxı ilə fırlanır, giley bizə qalır".