Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsənin icra başçısının jurnalist barədə şikayəti icraata götürülməyib

Daşkəsənin icra başçısının jurnalist barədə şikayəti icraata götürülməyib

Tarix: 18 Aprel 2022 23:10

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev jurnalist Cavid Şirəliyev barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, şikayət ərizəsində iddia olunub ki, Cavid Şirəliyev bir neçə gün əvvəl saytlardan birində icra başçısı barəsində şərəf və ləyaqətə xələl gətirən məqalə yayımlayıb.

Bununla bağlı jurnalistin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə ittiham olunması tələb olunub.

Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda jurnalist çıxış edərək sözügedən xəbərin imzasız yayımlandığını, yazının ona aid olmadığını diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə Əhəd Abıyev tərəfindən verilmiş şikayət əsassız hesab olunaraq icraata götürülməyib.


Etiketlər:  Daşkəsənin icra başçısının jurnalist barədə şikayəti icraata götürülməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ