Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda şirkət və işçiləri arasında qalmaqal: Kuryerləri narazı salan səbəb nədir? - VİDEO

Bakıda şirkət və işçiləri arasında qalmaqal: Kuryerləri narazı salan səbəb nədir? - VİDEO

Tarix: 19 Aprel 2022 16:08

Bakıda bir neçə kuryer işlədikləri şirkət tərəfindən hesablarına blok qoyulmasından şikayətçidirilər. Bu barədə onlar ''Xəzər Xəbər''in qaynar xəttinə  müraciət ediblər. İddialara görə şirkətdən onlara bildirilib ki, yalnız 50 manat ödədikdən sonra hesaba qoyulan blok aradan qaldırıla bilər. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, kuryer fəaliyyəti ilə məşğul olan bir neçə şəxs bu işdən qazandıqları pulu hesablarından çıxara bilmirlər.Buna səbəb isə, şəxsi hesablarına blok qoyulmasıdır.

Bakıda ''yemək çatdırılması''xidməti ilə məşğul olan bir neçə kuryer ''Xəzər Xəbər''in votsap nömrəsinə müraciət edib.Onlar iddia edirlər ki, şəxsi hesablarına "Bolt Food" şirkəti tərəfindən blok qoyulub və 50 manat ödəməsələr hesab blokdan çıxarılmayacaq. 

Kuryerlər iddia edirlər ki,bir neçə dəfə şirkətə mürciət etsələr də onların problemi həll edilməyib.

Kuryerlərin iddiaları ilə bağlı problemdə adı hallanan Bolt Food şirkətinə müraciət etdik. Şirkətdən bildirildi ki,şikayətlə bağlı onların e-mail adreslərinə müraciət edək. Müraciət etdikdən sonra  gün boyu mövqe  bildirəcəklərini qeyd etdilər. Axşam saatlarında isə bildirildi ki, şirkətin baş ofisi Estonyada yerləşdiyindən orada bayramdır. Buna görə də şirkətin bir neçə əməkdaşı bu gün məzuniyyətdə olublar. Kuryerlərin iddiaları ilə bağlı məsələyə sabah mövqe bildiriləcək deyə şirkətdən açıqlama verilib.

Milli.Az


Etiketlər:  Bakıda şirkət işçiləri arasında qalmaqal Kuryerləri narazı salan səbəb nədir VİDEO


RƏYLƏR