Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan Prezidenti Azərbaycana gəlib - FOTO

Qırğızıstan Prezidenti Azərbaycana gəlib - FOTO

Tarix: 19 Aprel 2022 18:36

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  Qırğızıstan Prezidenti Azərbaycana gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ