Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlıların geri qaytarılması ilə bağlı müraciətlərdə Almaniya ön yerdədir

Azərbaycanlıların geri qaytarılması ilə bağlı müraciətlərdə Almaniya ön yerdədir

Tarix: 13 Sentyabr 2019 12:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində ölkəmizə geri qaytarılması ilə bağlı edilən müraciətlərin statistikasında Almaniya nisbətən ön yerdədir.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisinin sözlərinə görə, xaricə gedərək pasportlarını, sərhəd keçmə sənədlərini itirən Azərbaycan vətəndaşları adətən readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəmizə geri qaytarılırlar: "Bu cür müraciətlər olan ölkələrin statistikasında Almaniya nisbətən ön yerdədir. Ancaq qeyd etmək istəyirəm ki, bu hal dünyanın hər yerində var. Azərbaycanda isə belə halların sayı qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstanda və Ermənistanda əhalinin say nisbətini nəzərə alsaq, bu ölkələrdə qaçqın statusu almaq üçün digər ölkələrə getmə ilə bağlı müraciətlərin sayı Azərbaycandan 2 və ya 3 dəfə çoxdur".


Etiketlər:  Azərbaycanlıların geri qaytarılması ilə bağlı müraciətlərdə Almaniya ön yerdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ