Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəmi ilə qızılları ölkədən çıxarmaq istədi - FOTO

Gəmi ilə qızılları ölkədən çıxarmaq istədi - FOTO

Tarix: 20 Aprel 2022 16:24

Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Bu barədə DGK məlumat yayıb.

Qeyd edilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan vətəndaşının müşayiət olunan əl baqajlarına "X-Ray" rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.

Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gəmi ilə qızılları ölkədən çıxarmaq istədi FOTO


RƏYLƏR