Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biri 11, digəri 5 min izləyicisini itirdi - İnstaqramda nə baş verir?

Biri 11, digəri 5 min izləyicisini itirdi - İnstaqramda nə baş verir?

Tarix: 21 Aprel 2022 15:00

İnstaqram sosial media şəbəkəsində son günlər istifadəçilərin şikayətləri artıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb platformanın istifadəçilərin izləyici sayını hər gün azaltması olub. Belə ki, kimi 2, kimi 3, kimi də 100 izləyicisini itirib. 

Şou-biznes nümayəndələri də son günlər izləyici saylarının geri getdiyindən şikayət ediblər. 

Aparıcı İlhamə Bədəlova instaqramda 430 min izləyicisi olduğunu, hazırda sayın 428 minə düşdüyünü bildirib:

"Artıq bir neçə aydır səhifəmdən izləyiciləri oğurlayırlar. Bir gündə 4000 izləyici səhifəni tərk edə bilər? Məlumatı olan varsa yazsın. Saxta izləyici vurmamışam".

Müğənni Aysel Əlizadə də eyni problemlə üzləşdiyini deyib. O bildirib ki, hər gün min izləyici silinir. 

Prodüser-aparıcı Tarix Əliyev isə "Heç kim izləyici oğurlamır, yalançı profillər, izləyicilər silinir. Çox adamda olur" reaksiyasını verib. 

Müğənni Xuraman Şuşalı isə "Mənim də izləyicilərim 407 minə düşüb. 7 ildir səhifəmi açmışam. Heç bir "feyk" izləyici vurmamışam. Əvvəl 412 min izləyicim var idi. Son vaxtlar az paylaşım edirəm, düşündüm ki, bəlkə ona görədir" sözlərini əlavə edib. 

Müğənni Ayan Babakişiyeva isə 11 min izləyicisini itirib:

"Son 4-5 gündür instaqramda izləyici sayım azalır. 717 min izləyicim 706 minə düşdü. Araşdırdım, instaqram "feyk" və passiv istifadəçiləri silir. Yaş və başqa güvənlik əlavələri edir ki, aktiv səhifənizi təsdiq edəsiniz. Səhifənizi 13 yaşdan az uşağınızın, övladınızın adına açmısınızsa, yaxud parol, e-mail ünvanı, telefon nömrəsi artıq aktiv deyilsə, başqa üsullardan səhifənizi geri qaytara bilərsiniz".

Qeyd edək ki, son günlər instaqram istifadəçilərinə doğum tarixini təsdiqləməklə bağlı mesaj göndərir. 

Milli.Az


Etiketlər:  Biri 11 digəri 5 min izləyicisini itirdi İnstaqramda baş verir


RƏYLƏR