Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 14:54
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin cümə günü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı aparacaq.
Sonxeber.net TASS-a istinadən xəbər verir ki, "Putin indi beynəlxalq telefon danışığı aparacaq, sizə məlumat verəcəyik. Bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel olacaq", - Kremlin sözçüsü bildirib.
Bu il Rusiya dövlətinin başçısı artıq Mişellə telefonla danışıb, Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
Aslan Məmmədov