Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 16:20
Ötən gün meyxanaçı Rəşad Dağlının 38 yaşı tamam olub.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, Dağlı yaxın dost tanışını başına yığaraq özünə kiçik ad günü keçirib. Meyxanaçının şad günü paytaxt restoranlarından birində baş tutub.
Bu haqda meyxanaçı Pərviz Bülbülə məlumat verib. O, sosial şəbəkə hesabında Dağlının ad günündən olan görüntüləri paylaşıb.
Videoda Pərvizin həmkarına sağlıq dediyi anlar yer alıb. Ad günü qonaqlığında Rəşad Dağlının repçi Pasterlə oxuduğu məşhur "Şir həmişə şirdir" ifası da səsləndirilib.