Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 19:24
İranda su böhranı hər gün bir az daha artır.
Bununla bağlı "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Su hövzələri üzrə mütəxəssis Əlirza Şəriət İranda hər gün biraz daha artan su böhranı ilə bağlı fikirlərini bölüşüb.
O deyib ki, son onilliklərdə hökumət su ehtiyatlarının məhdudiyyətlərini nəzərə almadan dırnaqarası inkişaf tədbirləri həyata keçirməklə ölkənin ətraf mühitini ağır su böhranı ilə üz-üzə qoyub.
"Bir çoxları əhalinin artımını və bunun nəticəsində içməli su və kənd təsərrüfatında istifadə olunan suyun çoxalmasını su çatışmazlığı böhranının əsas səbəbləri kimi göstərsələr də, bölgədə bizdən daha pis vəziyyətdə olan digər ölkələrə nəzər salsaq, düzgün siyasətlə su qıtlığı problemlərinin öhdəsindən gəldiklərini görürük", - deyə Şəriət vurğulayıb.
Ekspertin fikrincə, İranda su böhranı yaratmaqda hökumətin rolu olduqca rəngarəngdir, çünki hökumət su siyasətində yerli əhalinin rolunu demək olar ki, sıfıra endirib.