Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 23:08
"İşğalçılar dövlətimizin müvəqqəti işğal olunmuş müxtəlif bölgələrindən yarım milyona yaxın insanı Rusiya Federasiyasının ərazisinə və ya işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazilərinə aparıblar".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinq zamanı deyib.
"Təəssüf ki, rəqəmlər faciəvidir... Rəqəmlər qətiyyən tam doğru deyil. Zirzəmilərdə işgəncələrə məruz qalan, basdırılan, çıxarılan ölənlərə gəlincə, - heç kim sizə dəqiq rəqəm deməyəcək. Biz hesab edirik ki, yarım milyona yaxın insan həlak olub", - deyə Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, Rusiyaya 5 minə yaxın uşaq aparılıb.