Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da kabriolet milyon dollara satıldı - FOTO

ABŞ-da kabriolet milyon dollara satıldı - FOTO

Tarix: 24 Aprel 2022 11:46

ABŞ-ın "Barrett-Jackson" auksionunda ilk orta mühərrikli kabriolet "Chevrolet Corvette Z06" bu model üçün rekord qiymətə - bir milyon dollara satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobilin yeni sahibi 72 yaşlı amerikalı iş adamı və "Hendrick Motorsports" NASCAR komandasının sahibi, 14 qat seriya çempionu Rik Hendrik olub.

Onun kolleksiyasında artıq "Chevrolet Corvette C8"in ilk seriya modeli (3 000 000 dollar) və ilk "Chevrolet Corvette Z06" kupesi (3,6 milyon dollar) var.

Hərracdan əldə edilən gəlir xeyriyyə məqsədlərinə yönəldilib.

Milli.Az


Etiketlər:  ABŞ kabriolet milyon dollara satıldı FOTO


RƏYLƏR