Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aftandil Hacıyev: "Neftçi" üçün 1 xal da yaxşı olardı"

Aftandil Hacıyev:

Tarix: 24 Aprel 2022 22:38

"Bu gün üstün oynadıq. Kifayət qədər yaxşı oynadıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis qarşılaşmadan sonra fikrini bu sözlərlə davam etdirib: "Bu gün son nöqtəni qoymağımıza ustalıq çatmadı. Rəqibin Maçado, Bezerra kimi oyunçuları var. Bizim belə hücumameylli oyunçularımız azdır. Gəncləri meydana buraxdıq. Azı 7-8 qol epizodumuz oldu. Bu gün "Neftçi" üçün 1 xal da yaxşı olardı. Onlar 3 xala sevinməlidirlər".

Milli.Az


Etiketlər:  Aftandil Hacıyev Neftçi üçün 1 xal da yaxşı olardı


RƏYLƏR