Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 09:56
Leykozdan əziyyət çəkən 10 yaşlı Nurayın maddi yardıma ehtiyacı var.
Bu barədə "ARB Xəbər"ə açıqlama verən əməkdar jurnalist, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, balaca Nurayın əməliyyatı Türkiyədə olmalıdır:
"Ailə bizə müraciət edəndə öz həkimlərini də təqdim etdi. Həkim bildirdi ki, əməliyyat dərhal olmalıdır. Əvvəlcə isə Nuray 4 kimyaterapiya qəbul etməlidir. Hər kəsə müraciət edirəm ki, rəqsi ilə ölümə meydan oxuyan istedadlı, gözəl qızcığazımıza kömək edək. Azərbaycanın belə işıqlı, istedadlı balalara ehtiyacı var".
Qeyd edək ki, Nurayın sağalması üçün sümük iliyi köçürülməlidir və buna görə 70 min ABŞ dollarına ehtiyac var. Onun əməliyyata gedə bilməsi üçün isə cəmi 9 gün vaxtı var.