Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 19:15
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam bu ilin yanvarında yenidən bıçaq altına yataraq, artıq çəkidən xilas olmağa çalışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi yenidən kökəlməkdən şikayətlənib. Hazırda Rusiyada olan Xatirə pəhriz saxlaya bilmədiyini, çox yediyini vurğulayıb.
"Gündə 100 stəkan çay necədir? Deyəsən, çəki alıram" deyə, sənətçi bildirib. O, çayı da şirniyyatla içdiyinin fotosunu yayımlayıb.
Qeyd edək ki, Xatirə iki dəfə liposaksiya etdirib.