Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 23:06
Aylardır şişmiş qarnında əziyyət çəkən qadın köp, meteorizm olduğunu düşünürdü. Yerli xəstəxanaya müraciət edən qadına həkimlər ağrıkəsici yazıb yola salırdılar. Lakin qarın gündən-günə şişməyə davam edirdi.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş çtatında 34 yaşlı qadın dözülməz ağrı ilə xəstəxanaya gətirildikdə, həkimlər gördüklərindən şoka düşüb.
Müayinə zamanı qadının qarnında 20 kiloqramlıq şiş törəmə aşkar olunur.
Cərrahlar 5 saat davam edən əməliyyatda nəhəng şişi çıxarırlar.
Məlum olur ki, şiş karsinoma - bədxassəli törəmədir.
Hazırda qadın əməliyyatdan sonrakı dövrdə bərpa prosesi keçir.