Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD

Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD

Tarix: 26 Aprel 2022 23:48

Koreya alimləri hipertoniya xəstəliyinin profilaktikası üçün sadə üsulu aşkarlayıblar.

Onların fikrincə insanın qida rasionunda nə qədər rəngarəng zülal olsa, o qədər təzyiqi aşağı olar.

Saglamolun.Az bakupost.az-a istinadən xəbər verir ki, yeni almi araşdırmada 12 min Çin və Koreya sakininin tibbi bazası araşdırılıb.

Bu insanlar 1997-2015-ci illər arasında öz qida rasionları barədə məlumatları təqdim ediblər.

Hər iştirakçı zülal miqdarı və müxtəlifliyinə görə ballar alıb.

Məlumdur ki, insan qidasına uyğun 8 zülal mənbəyi var. Bunlardan ən əsası ət, yumurta, paxlalılar, dəniz məhsullarıdır.

Daha sonra alimlər bu insanların zamanla təzyiq dərəcələrini qiymətləndirib.

Nəticələr göstərib ki, qidasında 3-4 cür zülal olan insanlarda hipertoniya riski 60% azdır. 2-3 bal toplayanlarda isə yaş artdıqca təzyiq xəstəliyi də yaranıb.

Burda əsas hədəf zülalın miqdarı yox, müxtəlifliyidir. Çünki çox miqdarda ət yeyənlərdə də təzyiq xəstəliyi olur.

İnsan həftə ərzində ən azı 4-5 zülal mənbəsindən zülalı qəbul etməlidir.

Milli.Az


Etiketlər:  Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ