Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda anti-Paşinyan hərəkatı güclənir - prosesi kim və haradan idarə edir...

İrəvanda anti-Paşinyan hərəkatı güclənir - prosesi kim və haradan idarə edir...

Tarix: 27 Aprel 2022 12:12

Elşad Həsənov: "Hesab edirəm ki, bu planın baş memarı məhz Moskvadır"

Ermənistanda keçmiş prezident Robert Köçəryanın Hayastan müxalifət blokunun təşəbbüsü ilə yürüş keçirilib. Yürüş Komitas prospektindən başlayaraq şəhərin mərkəzindəki Fransa meydanınadək davam edib. Ermənistan parlamenti spikerinin müavini, Hayastan fraksiyasının Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.

Keçmiş əli qanlı klanın başçıları indi Ermənistanın "xilaskar müxalifəti" kimi meydanlara çıxaraq cəmiyyəti öz ətrafında birləşməyə çağırır. Bu dəfə, xüsusən gəncliyi ayağa qaldırmağa, onları intiqam hissləri ilə yaşamağa təhrik edirlər.

Yürüşdə gənclərdən ibarət təxminən 15 min iştirakçı olduğu xəbər verilir. Fotolardan da görmək olur ki, aksiyada daha çox gənclik və vətəndaş cəmiyyəti fəalları olub.

Bununla belə, həm erməni şərhçilər, həm azərbaycanlı analitiklərin qənaətinə görə, müxalifətin yürüşündə iştirak edənlər cəmiyyətin olduqca cüzi kəsimir və ümumilikdə revanşist qüvvələrin ölkədə ictimai dəstəyi heç 20 faiz deyil. Aksiyada, demək olar ki, bütün müxalifət qüvvələri, o cümlədən Ermənistanın sabiq quldur rəhbərləri Robert Köçəryan və Serj Sərkisyan da iştirak edib. Yürüş iştirakçılarının əlində "artsax"ın əski parçası, eləcə də qondarma soyqırımı tanımış ölkələrin bayraqları olub.

Rusiyaya bağlı müxalifətin belə fəallaşması təsadüfdür, yoxsa arxasında Moskvanın əli var?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanda Köçəryan və Sarkisyan tərəfdarlarının yürüş keçirməsi Rusiyaya meyl edən qüvvələrin aktivləşməsi kimi başa düşülə bilər: "Bunun da səbəbi barədə biz ətraflı danışmışıq. Putinlə Paşinyanın son Moskva görüşündən sonra belə təxribatların olması təsadüfi deyil. Brüsseldə ümidverici nıticələrin əldə olunduğu bir məqamda Rusiya prosesə müdaxilə etdi. Paşinyanın oyunpozanlıq etdiyini biz onun səsləndirdiyi son bəyanatlarından sonra da gördük. Paşinyan Brüsseldə qəbul etdyi 5 bənddən ibarət təkliflərdən imtina etməyə çalışır. Ölmüş ATƏT Minsk qrupunu diriltməyə cəhdlər edir ki, bütün bunlar da sülh sazişinin imzalanmasının qarşısını almış olur. Rusiya münaqişə ocağının tez sönməsini istəmir. Həmin ölkə Avropadan təcrid edilmiş haldadır. Buna görə də Putin Şərqə üz tutur. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması üçün Rusiya təzyiq edəcək. Çünki özünə bu  hava ilə su kimi lazımdır. Sülh müqaviləsinin bağlanmasını isə ləngitmək istəyir. Ermənistandakı fasiləsiz mitinqlərə startın verilməsi də bunu göstərir. Parlamentin vitse-spikeri də  aksiyanı dəstəklədiyini bəyan edib. Müxalifət bəyan edir ki, bu aksiyalar tezliklə hakimiyyətin dəyişməsi ilə nəticələnəcək. Hesab edirəm ki, bu planın baş memarı məhz Moskvadır. Ancaq biz inanırıq ki, Paşinyan həm postunu qoruya biləcək, həm də sülh sazişini imzalsmağa məcbur qalacaq".

Milli.Az


Etiketlər:  İrəvanda anti Paşinyan hərəkatı güclənir prosesi kim haradan idarə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ