Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 17:56
Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd edilib ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanıb. Bu il, müsabiqə qaydalarında bir sıra dəyişikliklər var. Belə ki, cari ildən vakansiya seçimi müddətində şəhid ailələrinin üzvlərinə vakant yer seçmək güzəşti veriləcək.
Başqa hansı yeniliklər var?
Təhsil İnstitutunun İnsan resusrsları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müsabiqənin şərtlərindən və əhəmiyyətindən danışıb.