Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Kiyevdəki səfirliyi işini nə vaxt bərpa edəcək?

ABŞ-ın Kiyevdəki səfirliyi işini nə vaxt bərpa edəcək?

Tarix: 28 Aprel 2022 08:12

"Kiyevdə Amerika səfirliyinin yenidən açılması prosesi yəqin ki, yaxın bir neçə həftə çəkəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz bu prosesə çox ciddi yanaşırıq, çünki diplomatik heyətimizi adekvat şəkildə təmin edə bildiyimizə əmin olmalıyıq. Lakin düşünürəm ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək. Biz Bricit Brinkin Ukraynadakı səfir vəzifəsinə namizədliyinə Senatda tez bir zamanda baxılmasına görə minnətdar olardıq", - Blinken qeyd edib.

O xatırladıb ki, ABŞ Ukraynanın paytaxtından əvvəllər təxliyə edilmiş səfirlikdəki diplomatlarını əvvəlcə Lvova, sonra isə Kiyevə qaytarmaq niyyətindədir.

Milli.Az


Etiketlər:  ABŞ Kiyevdəki səfirliyi işini vaxt bərpa edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ