Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivlər i Kiyevə veriləcək

ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivlər i Kiyevə veriləcək

Tarix: 28 Aprel 2022 08:48

ABŞ Konqresinin Nümayəndələr Palatası əcnəbilərin müsadirə olunmuş aktivlərinin Ukraynaya yardım üçün göndərilməsinə icazə verən qanunu qəbul edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, Rusiya hökumətinin dəstəyi ilə yaxud da qeyri-qanuni yollarla əldə olunan vəsaitlər müsadirə olunacaq.

Müsadirə edilən aktivlər Ukraynanın bərpası və vətəndaşlara humanitar yardımın göstərilməsi üçün istifadə oluna bilər.

Aprelin ortalarında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ hökuməti ələ keçirilən aktivləri rusiyalı iş adamlarına qaytarmayacaq.

Daha əvvəl bildirilmişdir ki, ABŞ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün köçürülməsi imkanlarını öyrənir.


Etiketlər:  ABŞ əcnəbilərin müsadirə olunmuş aktivlər Kiyevə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ