Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənninin evindən 18 min manatlıq oğurluq edildi

Azərbaycanlı müğənninin evindən 18 min manatlıq oğurluq edildi

Tarix: 28 Aprel 2022 14:40

"Bizlə qalan köməkçim evimdən 18 min manatlıq oğurluq edib".  

Milli.Az xəbər verir ki, buu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində müğənni Dəniz Əsədova deyib.

Köməkçisi tərəfindən evi qarət olunan sənətçi yaşadığı xoşaqəlməz hadisə ilə bağlı bunları söyləyib.

"Başıma gəlməyən iş qalmayıb. Dörd aydır ki, mən yaşamıram. Yanvarın birindən köməkçi qadını işə götürdüm. Həm mənim işlərimdə kömək edirdi, həm də evimdə xadiməlik edirdi. O, bizimlə bir yerdə yaşayırdı. Aprelin 16-sı 18:55 radələrində evimdən oğurluq olub. Evimdə çalışan qadın səhnə geyimlərimi, ayaqqabılarımı və digər əşyalarımı paketlərə yığıb, qaçıb. 

Həmin vaxt mən evdə yatırdım. Körpə uşaqlarım isə oynayırdılar. Onlar kiçik yaşlı olduqlarından diqqət etməyiblər. Əşyalarımı bir-bir yığıb, düşüb birinci mərtəbəyə. Mən yuxudan oyananda, qadının əlində iki kiçik paket var idi. O anda da köməkçi qadın evdən çıxıb, aşağı düşüb.

"Hazırda iş polisdədir. Bununla bağlı araşdırma gedir. Əlimdə evimizin blokunda yerləşən təhlükəsizlik kameralarının lentə aldığı görüntülər var. Onunla yazışmamız da var.

Mesajlaşmada köməkçi qadın oğurluq etdiyini etiraf edib. İstintaq gedir. Əmələ hüququ qiymət verilməlidir. Bu günə kimi də oğurladıqlarının qaytarılması ilə bağlı heç bir məlumat yoxdur".  

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənninin evindən manatlıq oğurluq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ