Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 09:12
ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya Lend-Liz müqaviləsi ilə silah tədarükü haqqında qanun layihəsini təsdiqləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qanun layihəsi daha əvvəl Senat tərəfindən qəbul edilib. İndi sənəd imzalanması üçün prezident Co Baydenə təqdim olunacaq.
Respublikaçı Con Korninin (Texas) başçılıq etdiyi bir qrup senatorun təşəbbüsü ilə hazırlanan qanun layihəsi Birləşmiş Ştatların prezidentinə Ukrayna hökuməti ilə silah tədarükü üzrə sazişlər bağlamaq üçün genişləndirilmiş səlahiyyətlər verir.