Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 14:24
Bakı. Trend:
Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat AgentliyindənTrend-ə verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib.
Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin