Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” neçə ildir finala çıxa bilmir” - Samir Abasov

“Neftçi” neçə ildir finala çıxa bilmir” - Samir Abasov

Tarix: 30 Aprel 2022 08:44

"Birinci oyundan fərqli olaraq, bu dəfə daha fəal idik".

Bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Zirə" ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

İlk görüşdə olduğu kimi, cavab matçında da rəqibi ilə qolsuz bərabərə qalan "Neftçi" penaltilər seriyasında məğlub olub (2:4).

Matçın ardından 44 yaşlı çalışdırıcı komandasının çıxışını dəyərləndirib: "İkinci hissəni və əlavə vaxtı rəqibin meydanında keçirdik, əks-hücumlara imkan vermədik. Rəqib qapanmışdı. Çox qol imkanımız olmadı. Amma ələ düşən imkanı dəyərləndirə bilməməyimizə üzülürəm. Kubok oyunları adətən belə məcrada keçir. "Neftçi" neçə ildir finala çıxa bilmir. Ancaq uşaqlar bu gün əllərindən gələni elədilər. Hətta ən yaxşı penalti vuranımız da qaçıra bilərdi. Bunun üstündə durmağa ehtiyac yoxdur. Əsas odur ki, bizim ifamızda çoxdan idi belə oyun görməmişdik. Gələcəyə baxmalıyıq, daha da yaxşı olacağıq. Pis oynadığımız matçda qalib gəlmişik, bu gün isə yaxşı oynasaq da, qalib gələ bilmədik. Tiaqo Bezerranın epizodlarında qol olsaydı, sevinən tərəf biz olacaqdıq".


Etiketlər:  Neftçi neçə ildir finala çıxa bilmir Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ