Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 19:14
Ukrayna Silahlı Qüvvələrinin güclü müqaviməti nəticəsində Rusiya qoşunlarının hücum əməliyyatları onların komandanlığı ilə müəyyən edilmiş qrafikdən ən azı bir neçə gün geridə qalır.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, bunun səbəbi Rusiya qüvvələrinin hücum əməliyyatları keçirməyə çalışdığı müxtəlif ərazilərdə vəziyyətin fərqli olmasıdır: "Xüsusilə, ruslar şərq bölgələrində Ukrayna qoşunlarını tam mühasirəyə alaraq, irəli getmək istəsələr də, bu plan da baş tutmayıb".
Pentaqondan bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının bütün istiqamətlərdə hücumlarını dəf etməyə davam edir. Buna baxmayaraq, ruslar Ukraynanın mövqelərinə hava və artilleriya zərbələri endirməklə, tədricən genişmiqyaslı hücuma şərait yaratmağa çalışırlar.
Pentaqon hesab edir ki, bu zərbələr Rusiya komandanlığının gözlədiyi qədər uğurlu deyil.