Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb şirkətləri Rusiyadan böyük itkilərlə çıxır

Qərb şirkətləri Rusiyadan böyük itkilərlə çıxır

Tarix: 1 May 2022 16:54

Qərb şirkətləri Rusiya layihələrindən "ağrılı çıxış" nəticəsində böyük itkilərə məruz qalırlar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzetində yayımlanan məqalədə bildirilib.

Nümunə olaraq bu prosesdə 3,1 milyard avro itirərək Moskvadakı biznesini satmalı olan Fransa bankı göstərilib.

Qeyd edilib ki, bu razılaşma rəqibləri heyrətə salıb və Qərb nəhənglərinin Rusiyanı tərk etməyi planlaşdırarkən hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirib.

"Neft, avtomobil və digər bizneslər anladılar ki, bazarda aktivlərini almaq istəyənlər çox deyil və ölkəni tərk etmək onlara baha başa gələcək.

Amerika və Avropa tacirləri də gələcəkdə Rusiyaya qayıtmaqdan narahatdırlar. Bu perspektiv hazırda "dumanlı" görünür", - məqalədə vurğulanıb.

Milli.Az


Etiketlər:  Qərb şirkətləri Rusiyadan böyük itkilərlə çıxır


RƏYLƏR