Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Silahlı Qüvvələri: Rusiya qüvvələri ağır itki verib

Ukrayna Silahlı Qüvvələri: Rusiya qüvvələri ağır itki verib

Tarix: 1 May 2022 21:34

Ukraynadakı Rusiya qüvvələri Slobojanski, Donetsk və Tauride istiqamətlərində irəliləməyə çalışır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib.

Məlumata görə, Rusiya ordusu bu istiqamətdə böyük itki verib.

"Rusiya qüvvələrinin Udı və Prudyanka yaşayış məntəqələrini minaatanlardan atəşə tutub. Ruslar Starı Saltov kəndi ərazisində itki verdi", - deyə məlumatda bildirilib.

Baş Qərargah İzyum istiqamətində də uğursuz hücum olduğunu və burada Rusiyanın böyük itki verdiyini bildirib.

Donetsk və Tauride istiqamətlərində rus qoşunları Rubijne və Popasnaya yaşayış məntəqələri üzərində nəzarəti təmin etməyə çalışsalar da, Ukrayna Silahlı Qüvvələri buna mane olub.

Qeyd olunur ki, Nikolaevski istiqamətində bölmələr yenidən qruplaşdırılır.

Milli.Az


Etiketlər:  Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələri ağır itki verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ