Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 16:48
Belçikada fəallar 1 May nümayişinə neft çəlləkləri geyinərək qatılıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar bu yolla yanacağın və zəruri məhsulların bahalaşmasına etiraz ediblər.
"Bu gün bizim bu çəlləklərdən başqa heç nəyimiz yoxdur. Bu o deməkdir ki, avtomobilin yanacağını aldıqdan, evi isitdikdən və yemək bişirdikdən sonra əlimizdə heç nə qalmayıb", - aksiya iştirakçılarından biri bildirib.
Qeyd edək ki, Brüsselin mərkəzində keçirilən aksiya ifrat solçu Belçika İşçi Partiyası tərəfindən təşkil edilib.