Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 23:44
İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan açıqlama yayıb.
O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərinin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.
Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.