Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var - FOTO

Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var - FOTO

Tarix: 3 May 2022 08:52

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini, 1985-ci il təvəllüdlü Ruslan Zeynalovun idarə etdiyi 90-OT-023 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Əraziyə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və daha bir nəfər sərnişini xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza Xilasedici dəstəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər çıxarılaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Şəkidə avtomobil çaya aşıb xəsarət alanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ