Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 05:20
Bakı. Trend:
Türkiyənin Çankırı vilayətinin Çerkes bölgəsində üç zəlzələ baş verib.
Trend-in məlumatına görə, 4.1 bal gücündə ilk zəlzələ yerli vaxtla 21: 08-də qeydə alınıb. Zəlzələlərin ocağı 10,22 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələ saat 21: 12-də müşahidə edilib. Zəlzələnin maqnitudası 3.7, ocağı isə 11,46 kilometr dərinlikdə yerləşib.
4,3 bal gücündə olan üçüncü zəlzələ yerli vaxtla 22:03-də baş verib
Zəlzələ yaxın əyalətlərdə hiss olunub.
Qeyd edək ki, yeraltı təkanlar öncə Çerkes bölgəsində 4.7, 4.8 və 4.3 bal gücündə qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin