Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin ''Qiyamət təyyarəsi'' səmada dövrələr vurur - VİDEO

Putinin ''Qiyamət təyyarəsi'' səmada dövrələr vurur - VİDEO

Tarix: 4 May 2022 12:28

Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddiaların müzakirə edildiyi bir vaxtda "Qiyamət təyyarəsi" adlandırılan "İlyuhsin il-80" Moskva səmalarında görünüb.

Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" portalı məlumat yayıb. Bildirilir ki, təyyarə Moskva səmalarında dövrə vurub. Moskvadan isə bildirilib ki, təyyarə Zəfər günündəki uçuşlara qatılacağı üçün təlim məqsədilə havaya qalxıb. Qeyd edək ki, İlyuhsin il-80" təyyarəsi sonuncu dəfə 12 il əvvəl səmada görünüb. Bildirilir ki, təyyarə nüvə hücumu zamanı ölkəni idarə etmək üçün nəzərdə tutulub. Kremldəki idarəetmə sistemini əvəz edə bilən laynerin yalnız pilot kabinəsinin şüşələrinin olması diqqət çəkir.


Etiketlər:  Putinin Qiyamət təyyarəsi səmada dövrələr vurur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ