Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dnepr raket atəşinə tutuldu

Dnepr raket atəşinə tutuldu

Tarix: 4 May 2022 22:58

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib. Onun sözlərinə görə, Dneprdə iki güclü partlayış baş verib. 

"Biz gizləndiyimiz yerdən çıxmayacağıq! Biz hərbi administrasiyadan rəsmi məlumat gözləyirik", - Filatov qeyd edib. 

"Ukrzaliznitsa" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin də atışma ilə bağlı vəziyyəti şərh edib.

"Dneprdə dəmir yolu infrastrukturuna növbəti raket hücumu. Dəmiryolçular arasında itki yoxdur. Dəymiş ziyanın dərəcəsi hava hücumunun sonunda qiymətləndiriləcək", o, Teleqram kanalında yazıb.


Etiketlər:  Dnepr raket atəşinə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ