Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 15:20
İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone kiçik oğlu Culiano Simeoneni çalışdığı kluba gətirib.
Qol.az-ın Ole-yə istinadən məlumatına görə, Culiano Madrid klubuna Argentina "River Pleyt"inin akademiyasından gəlib. Oğul Simeone bunadək Buenos-Ayresdə anası ilə qalıb. "River Pleyt" 16 yaşlı oyunçunun keçidi qarşılığında "Atletiko"dan 250 min avro alacaq. O, "Atletiko"nun akademiyasında yer alacaq.
Dieqo Simeonenin Culianodan başqa iki oğlu da var. Böyük oğul Covanni Simeone icarə əsasında İtaliya "Kalyari"sində forma geyinir. Mövsümün sonunda "Kalyari" onu 16 milyon avroya "Fioentina"dan almalıdır. Ortancıl oğul Canluka isə avqustda İspaniya Sequnda B-sində çıxış edən "İbitsa" ilə müqavilə bağlayıb.