Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna iki istiqamətdə əks-hücuma keçdi

Ukrayna iki istiqamətdə əks-hücuma keçdi

Tarix: 5 May 2022 14:48

Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Telegram kanalında bildirib.

O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukraynadakı silahlı təcavüzlə bağlı operativ vəziyyəti müzakirə etdiyini bildirib.

"Ənənəvi olaraq, mən amerikalı həmkarıma əməliyyat vəziyyəti barədə məlumat verdim. Xüsusilə, düşmənin əsas səylərinin Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi Luqansk istiqamətinə yönəldilməsi, eləcə də Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi" - Zalujnı deyib.

Onun sözlərinə görə, o, Ukraynaya hərbi-texniki yardımın çatdırılması üçün logistik marşrutların məhv edilməsi məqsədilə Rusiya təcavüzkarının qanadlı raketlərdən istifadəsinin bərpasına diqqət çəkib.

"Ukraynanın M142 HIMARS və M270 MLRS reaktiv yaylım atəşi sistemləri ilə təmin edilməsi məsələsi çox aktualdır", - Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ukrayna istiqamətdə əks hücuma keçdi


RƏYLƏR