Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 16:50
ABŞ-da Covid -19-dan ölənlərin sayı 1 milyon nəfəri keçib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hesablamanı NBC kanalı aparıb. Kanal bildirir ki, bu rəqəm San-Xose kimi böyük şəhərin əhalisinin sayı ilə müqayisə edilə bilər.
Cons Hopkins Universitetinin statistikasına görə isə, koronavirus 996 399 amerikalının həyatına son qoyub. Ölkədə sutka ərzində orta hesabla 325 koronavirus xəstəsi ölür.