Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyanın Azərbaycandakı səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

Yaponiyanın Azərbaycandakı səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

Tarix: 5 May 2022 18:42

4 may tarixində Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.

Qonağı səmimi qəbul edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfiri mərkəzlə tanış etmiş, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılmışdır. Görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb, səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Murad Hüseynov səfirin diqqətinə çatdırıb ki, bu günə kimi yapon musiqiçilər bir neçə dəfə BMM-nin səhnəsində çıxışlar ediblər.  2014-cü ildə "VA-LİQA" qrupunun muğam ifaçıları ilə birgə səhnəni bölüşdükləri konsert proqramı ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Həmçinin 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində ənənəvi yapon musiqisi ifaçısı Yosuke İrienin şakuhaçi musiqi alətində ifasından ibarət konserti mədəniyyətlərin bölüşməsi baxımından maraqlı layihələrdən biri olub.  

Səfir səmimi qəbula görə təşəkkür edərək son illər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. Yaponiyanın Azərbaycanla mədəni əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirən diplomat belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb. 15 may  tarixində Yaponiya Səfirliyi və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin  birgə təşkilatçılığı ilə "Yaponiya Mədəniyyət Festivalı" tədbiri həyata keçiriləcəyini diqqətə çatdırıb.  

Görüşdə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Milli.Az


Etiketlər:  Yaponiyanın Azərbaycandakı səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ