Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 15:04
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsveçrənin "Flitex" şirkətinin direktoru Franko Santini ilə görüşüb.
Agentlikdən verilən məlumata görə, görüşdə dövlət-özəl tərəfdaşlığına və KOBİA-nın bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə verdiyi önəm qeyd olunub, şirkətlə yerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün Agentliyin göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.