Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya-Ukrayna danışıqlarında durğunluqdur''

''Rusiya-Ukrayna danışıqlarında durğunluqdur''

Tarix: 6 May 2022 16:56

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə Rusiya və Ukrayna arasında sülh danışıqları durğunluq vəziyyətində olduğunu bildirib.

Sonxeber.net TASS-a istinadən xəbər verir ki, "Rusiya-Ukrayna danışıqları durğunluq vəziyyətindədir", - o deyib.

Zaytsev vurğulayıb ki, NATO ölkələri hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olaraq, bunun qarşısını almaq üçün hər şeyi edirlər.

"Ukraynaya silah tədarükü artır, onun miqyası milyardlarla dollarla qiymətləndirilir. Təkcə Vaşinqton 3,8 milyard dollar dəyərində hərbi məhsul göndərib. Böyük Britaniya, Fransa, Kanada, Polşa və Baltikyanı ölkələr bu əməliyyatda fəal iştirak edirlər. Bu, hərbi əməliyyatların uzanmasına, mülki infrastrukturun yeni məhvinə və mülki əhalinin itkisinə səbəb olur", - o deyib.

Zaytsevin sözlərinə görə, ukraynalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməmələri barədə bəyanatları yalnız Ukraynanın demilitarizasiyası və denasiifikasiyası vəzifələrinin həyata keçirilməsinin vacibliyini təsdiqləyir.

Aslan Məmmədov


Etiketlər:  Rusiya Ukrayna danışıqlarında durğunluqdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ