Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya NATO-nu yarım saata nüvə silahı ilə MƏHV EDƏR - ŞOK

Rusiya NATO-nu yarım saata nüvə silahı ilə MƏHV EDƏR - ŞOK

Tarix: 8 May 2022 19:50

"NATO-ya daxil olan ölkələrlə nüvə müharibəsinin qarşısı alınmalıdır, çünki onun nəticələri Yerin vəziyyətinə təsir edəcək".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Roskosmos"un rəhbəri Dmitri Roqozin deyib.

"Nüvə müharibəsində NATO ölkələri tərəfimizdən yarım saat ərzində məhv ediləcək. Lakin biz buna imkan verməməliyik, çünki nüvə zərbələrinin mübadiləsinin nəticələri Yer kürəsinin vəziyyətinə təsir edəcək", - Roqozin qeyd edib.

Onun sözlərinə görə, Rusiya adi silahlarla "iqtisadi və hərbi baxımdan daha güclü düşməni" məğlub etməli olacaq. Bunun üçün "Roskosmos" rəhbəri hesab edir ki, bütün ölkənin ordu ilə həmrəyliyi, iqtisadiyyatın səfərbər olunması və hərbi sənaye kompleksinin və əlaqəli sənayelərin "müharibə şəraitinə" köçürülməsi lazımdır.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev bildirib ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, "xüsusi əməliyyat"ın tapşırıqlarına uyğun gəlmir. Onun sözlərinə görə, nüvə silahının mümkün istifadəsinin bütün ssenariləri Rusiyanın doktrinal sənədlərində aydın şəkildə yazılıb.

Milli.Az


Etiketlər:  Rusiya NATO nu yarım saata nüvə silahı ilə MƏHV EDƏR ŞOK


RƏYLƏR